Bakı Neft Emalı Zavodunda çirkab suların təmizlənməsi qurğusu işə salınacaq

Bakı Neft Emalı Zavodunda çirkab suların təmizlənməsi qurğusu işə salınacaq

15 aprel 2022 0000

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) çirkab suların təmizlənməsi qurğusunun 2022-ci ilin ikinci yarısında istismara verilməsi planlaşdırılır.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu SOCAR-ın "Downstream Management" şirkətinin Baş direktorunun müavini, layihənin direktoru Emil Alxaslı deyib.

O bildirib ki, artıq Xəzərin Bakı akvatoriyasına müvafiq boru xətləri çəkilib.

"Bu xətlərin ümumi uzunluğu 10 kilometr təşkil edir", - E.Alxaslı deyib.

O, həmçinin bildirib ki, qurğu suyu 80-100 faiz təmizləmək gücündədir.

"Qurğunun işə salınması üçün sınaq və hazırlıq işləri görülür. Avadanlığın gücü 750 kubmetr/saata bərabərdir", - deyə o bildirib.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN