Bakıya ilk səfərimdən çox məmnunam

Bakıya ilk səfərimdən çox məmnunam

2 i̇yun 2023 0000

Qadir Marikar, "PWC" (Böyük Britaniya) şirkətinin tərəfdaşı:

"PWC" (Pricehousecoopers) ümumiyyətlə konsaltinq və audit xidmətlərini təklif edən şirkətlər şəbəkəsini birləşdirir. Mən "PWC UK" şirkətini təmsil edirəm. Bakıya ilk səfərimdən çox məmnunam.

Bakı Enerji Forumu mühüm qərarlar qəbul edən iş adamlarını bir araya gətirən fantastik tədbirdir.

Forum yüksək səviyyədə təşkil olunub, yaxşı müzakirələr aparıldı.

Bəzi enerji mənbələrini digərləri ilə əvəz etmək məsələsi ilə maraqlanıram, məsələn, bəzi ölkələrin kömür istifadəsindən qaza keçməsi.

Qaz Avropada ekologiyanı qorumaq üçün yer altından çıxarılan enerji mənbələrindən "yaşıl", bərpa olunan enerji mənbələrinə (küləkdən, günəşdən) "keçid dövrü" üçün optimal yanacaq kimi tanınır.

Forumda müxtəlif ölkələrin enerji təhlükəsizliyi məsələlərinin həllində enerji keçidini necə təsəvvür etdiklərini dinləmək mənə maraqlı idi.

Mən Bakıda danışıqlar aparacağam və növbəti Bakı Enerji Forumunda iştirak edib-etməyəcəyim bu danışıqların nəticələrindən asılı olacaq.


FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN