Serbiyanın Baş Nazirinin Müavini, Dağ-Mədən Və Energetika Naziri Zorana Mixayloviç:
Mən Bakıya üçüncü dəfədir ki, əməkdaşlıqla bağlı danışıqlar aparmaq üçün gəlirəm. Həmçinin Neft və Qaz sərgisinin açılış mərasimində və enerji forumunun ilk günündə iştirak etmişəm.
Bizim Azərbaycanla strateji tərəfdaşlıq haqqında Bəyannaməsi imzalamışıq və iqtisadi əlaqələrimiz, ticarət əməkdaşlığımız ildən-ilə genişlənir. Bir neçə Azərbaycan şirkəti Serbiyada uğurla fəaliyyət göstərir.
Biz infrastruktur və kənd təsərrüfatı layihələri üzrə əməkdaşlığın inkişafı üçün potensialın olduğunun görürük.
Bakı Enerji Həftəsi bizim üçün çox mühüm hadisədir, çünki biz müxtəlif mənbələrdən, o cümlədən Azərbaycandan karbohidrogen almaqla maraqlanırıq.
Bu gün Serbiya Rusiyanın təbii qaz tədarükçüsündən asılıdır və enerji təhlükəsizliyi strategiyasına uyğun gələn digər ölkələrdən “mavi yanacaq” almaqda qərarlıyıq.
Bizim Rusiya Federasiyasının “Qazprom” şirkəti ilə ildə 2,2 milyard kubmetr həcmində üç illik təchizat müqaviləmiz var və ölkədə istehlak ildə 3-3,2 milyard kubmetr təşkil edir.
Yalnız bir təchizatçı olduqda, qiymət rəqabəti olmur, beləliklə, bu cür asılılıq doğru alınmır.
Buna görə də Serbiya Serbiya-Bolqarıstan arasında yeni təchizatçılar üçün qaz interkonnektoru tikir.
Tikinti 2023-cü ilin sentyabrında başa çatacaq və ümid edirik ki, ehtiyaclarımızın 20-40%-i alternativ qaz mənbələrindən ödəniləcək.
Əgər Azərbaycan interkonnektor vasitəsilə bizə istənilən həcmdə tədarük edə bilsə, biz bunu çox müsbət qarşılayarıq.