Biz Azərbaycanın enerji layihələrini dəstəkləyirik
2 i̇yun 2026
0000
Erlan Akkenjenov, Qazaxıstan Respublikasının Energetika Naziri
Qazaxıstan Xəzəryanı regionda Azərbaycanın ən yaxın qonşusudur və Baku Energy Week-də iştirakımızın aktuallığı da məhz bununla izah olunur. Biz Azərbaycanın enerji layihələrini dəstəkləyirik. Qeyd etmək lazımdır ki, Qazaxıstanın bəzi ixrac marşrutları Azərbaycan ərazisindən keçir. Qazaxıstan bu əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Paralel olaraq, yaşıl enerjinin Xəzər dənizi vasitəsilə Azərbaycan və Gürcüstan üzərindən Avropaya tranziti ilə bağlı araşdırmalar davam etdirilir.
Cari ildə Qazaxıstan Bakı–Tbilisi–Ceyhan magistral neft kəməri ilə 1,5 milyon ton neft nəql etməyi planlaşdırır. Zamanla bu həcm razılaşdırılmış 2,2 milyon tona qədər arta bilər. Ümumilikdə isə Aktau limanından Bakı istiqamətində texniki baxımdan ildə 7 milyon tona qədər neft göndərmək mümkündür, lakin bunun üçün logistika imkanlarının daha da təkmilləşdirilməsi tələb olunur.
Qazaxıstan nümayəndə heyətinin Xəzər regionunun enerji məsələlərinə dair müzakirələrdə iştirakı Azərbaycanla ikitərəfli və regional əməkdaşlığımızın möhkəmləndiyini göstərir. Tarixən xalqlarımız bir-birinə yaxın olub və biz bunu birgə layihələr və təşəbbüslərlə daim təsdiqləyirik. Hazırkı konfrans da, şübhəsiz ki, bu əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir.