Biz bir çox şirkətlərin rəhbərləri, bazarın mühüm iştirakçıları ilə görüşdük

Biz bir çox şirkətlərin rəhbərləri, bazarın mühüm iştirakçıları ilə görüşdük

1 i̇yun 2023 0000

Han Hun, "PETROVIETNAM OIL COOPERATION" şirkətinin vitse-prezidenti

Bu tədbirin təşkili hər cür təqdirəlayiqdir. Bir çox konfrans və forumlarda iştirak etmişəm, buna görə də müqayisə edəcəyim çox şey var. Bakı Enerji Forumu əlbəttə ki, qeyri-adi hadisədir! Bu tədbir məndə böyük təəssürat yaratdı.

Biz regionda mühüm subyektlər olan bir çox şirkətlərin rəhbərləri ilə görüşdük. Ümid edirik ki, aramızda uzunmüddətli tərəfdaşlıq münasibətləri yaranacaq. Eləcə də B2B formatında bir sıra görüşlər keçirdik. Bundan başqa, mən ARDNŞ-nin prezidenti ilə onların ofisində görüşmüşəm.

Həm də burada uzun müddətdir dostluq münasibətlərim olan insanlarla ünsiyyət qura bildim.

Mən Bakıya dəfələrlə gəlmişəm, amma ilk dəfədir ki, məhz Bakı Enerji Həftəsində iştirak edirəm və hələlik iştirakımı uğurlu adlandıra bilərəm.


FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN