Biz dünya miqyaslı layihələri birgə reallaşdırmağa hazırıq!

Biz dünya miqyaslı layihələri birgə reallaşdırmağa hazırıq!

1 i̇yun 2017 0000

Dilmurod Şaripov, “Ozlitineftegas” Neft-qaz kompleksinin İdarə heyətinin sədri

 - Biz konfransın təşkilatçılıq səviyyəsindən çox razıyıq! Bizim şirkət artıq forumun fəaliyyətində iştirak edib, lakin bu il biz sərgidə stendlə də çıxış edərək, şirkətimizin fəaliyyət istiqamətlərini təqdim edir və istehsal etdiyimiz məhsullar barədə məlumat veririk. Neft-qaz kompleksinin İdarə heyətinin sədri Əlişir Sultanov konfransda məhz bu barədə ətraflı məlumat verib. Onun məruzəsində ölkəmizin rəhbərliyi tərəfindən xarici investorlar üçün Özbəkistanda biznesin həyata keçirilməsi məqsədilə təmin etdiyi imkanlar sadalanıb.

Bir sıra xarici şirkətlərin nümayəndələrinin konfransda iştirakı bütün dünyada energetika sahəsinin inkişafını təsdiq edir. Bizim nümayəndə heyətinin iştirakı əsasən xarici investorların cəlb edilməsi ilə bağlıdır. Biz bu gün karbohidrogenlərin dərindən emalı ilə bağlı olan bir sıra nəhəng layihələri reallaşdırırıq. Bizim ölkənin rəhbərliyi məhsulların böyük həcmdə ixrac edilməsi məqsədi ilə emalın dərinləşdirilməsi tapşırıqları müəyyən edib. Biz həmçinin məhsul çeşidini yerli resurslardan istifadə sayəsində artırmaq niyyətindəyik. Bu proqram artıq 15 ildir ki, ölkəmizdə həyata keçirilir.

Konfransda qaz istehlakı, neft hasilatı və emalı, energetika strategiyası kimi maraqlı məsələlərdən bəhs edilib. Bütün bu məsələlər bizim üçün maraqlıdır, çünki biz də digər ölkələrlə əməkdaşlıq edərək bu layihələrin reallaşdırılmasında iştirak etmək niyyətindəyik. Qeyd etməliyəm ki, bu mənada konfransın rolu böyükdür, belə ki, bir sıra tapşırıqlar birbaşa və canlı ünsiyyət sayəsində daha yaxşı və sürətlə öz həllini tapır.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN