BP "Şahdəniz"də payını artırır

BP "Şahdəniz"də payını artırır

9 dekabr 2021 0000

BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng "Şahdəniz" yatağındakı iştirak payını artırmağa qərar verib.

BP-dən "APA-Economics"ə verilən məlumata görə, bu, Malayziyanın "Petronas" şirkətinin daha öncə elan olunmuş iştirak payının satışı ilə bağlı BP-nin öz üstünlük hüququndan istifadə etmək haqqında "Şahdəniz" layihəsindəki tərəfdaşları ilə apardığı danışıqlar vasitəsilə qərarlaşdırılıb.

BP özünün əməliyyatçısı olduğu "Şahdəniz" yatağı üzrə "Petronas" şirkətindən 1,16% iştirak payını 168 mln. ABŞ dolları məbləğinə almaq haqqında razılığa gəlib. Bu məbləğ "Petronas" tərəfindən öncə elan edilmiş "Şahdəniz" üzrə sövdələşmənin eyni kommersiya şərtləri əsasında razılaşdırılıb. Nəticədə BP-nin "Şahdəniz"dəki ümumi iştirak payı 29,99% təşkil edəcək və BP yatağın operatoru olaraq qalacaq.

Bu sövdələşmənin 2022-ci ilin yanvar ayının sonunadək başa çatacağı gözlənilir.

Qeyd edək ki, cari ilin oktyabr ayında "Petronas" şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında payının satışı ilə bağlı təklifini bütün layihə iştirakçılarına artıq təqdim edib.

Bundan öncə isə Rusiyanın "Lukoil" "Petronas" şirkətindən "Şahdəniz"də 15,5% payının alınması haqqında müqavilənin imzalanması barədə elan edib. Sövdələşmənin dəyəri 2,25 mlrd. ABŞ dolları təşkil etməli idi.

Xatırladaq ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN