"Bright" jurnalı Azərbaycana həsr olunacaq!
2 i̇yun 2023
0000
Davron Abdullayev, “Bright Uzbekistan”ın təsisçisi
Biz birinci il deyil ki, Azərbaycana səfər edirik, bura tez-tez gəlirik. Bu yaxınlarda ölkənizlə birlikdə türk xalqlarını birləşdirən strateji əhəmiyyətli layihəyə start vermişik.
Qeyd etmək istərdim ki, tədbir çox yüksək səviyyədə təşkil olunub! Sərginin ilk günü çox məhsuldar keçdi, bizim üçün uğurlu oldu, belə ki, dünən tarixi hadisə baş verdi: cənab Prezident İlham Əliyev Azərbaycan Respublikasında həyata keçirdiyimiz layihəni – “Bright” jurnalını təqdim etməyimizə imkan yaratdı. Jurnalın birinci sayını Özbəkistana, ikinci sayını Türkiyə Cümhuriyyətinin yüz illiyinə həsr etdik. Üçüncü sayını isə Azərbaycana və ümummilli lider Heydər Əliyevin yüz illiyinə həsr etmək istərdik.
Enerji forumunda çox mühüm işgüzar görüşlər keçirəcəyimizə ümid edirik, bu barədə məlumatlar jurnalımızın yeni sayında yer alacaq.