“Bu Forum siyasətə və biznesə təsir etmək potensialına malikdir”

“Bu Forum siyasətə və biznesə təsir etmək potensialına malikdir”

6 i̇yun 2024 0000

Siyasətin müəyyən edilməsi və biznes baxımından müxtəlif maraqlı tərəflərin böyük beynəlxalq toplantısı olan bu Forumda iştirak etmək maraqlıdır. Beləliklə, bu, dünyanın hər yerindən insanları bir araya gətirən böyük bir hadisədir. Hesab edirəm ki, bu, regional konfransdır, ona görə də onun siyasətə və biznesə təsir etmək potensialı yüksəkdir. Bu, hər il bir araya gələrək bu məsələləri müzakirə etmək üçün yaxşı imkandır.

Birinci sessiyada əsas müzakirə mövzuları təhlükəsiz tədarük zərurəti, habelə bizim Avropa İttifaqı ilə Azərbaycan arasında qura və dərinləşdirə biləcəyimiz tərəfdaşlıq olub. Sessiya çox yaxşı keçdi.

Məni maraqlandıran mövzular ümumi enerji siyasətinin və enerji layihələrinin əsas məqsədimiz olan planetin iqlim neytrallığınının təmin edilməsinə, habelə bunun müxtəlif tərəfdaşların, müxtəlif bölgələrin, müxtəlif qitələrin enerji təchizatına necə töhfə verə biləcəyidir.

Gələcək forumlarda müzakirə mövzularının genişlənməsini yalnız alqışlaya bilərəm. Dünya çox sürətlə dəyişir və buna görə də, bu cür böyük regional forumlarda biz təkcə enerji təhlükəsizliyini deyil, həm də iqlim məsələlərini müzakirə etməliyik. Hesab edirəm ki, sözügedən Forum bu məsələ üzərində də çalışmalıdır.

Tina Sersen

Sloveniya Respublikası ətraf mühit, iqlim və energetika nazirinin müavini


FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN