Mən bu sərgidə 1998 və ya 1999-cu ildən iştirak edirəm. Həmin vaxt bu, tamamilə fərqli bir tədbir idi. Bu, sadə bir tədbir idi və “Hyatt” hotelinin yaxınlığında yerləşən Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilirdi. Xatırlayıram ki, Azərbaycan həmin vaxt dəhşətli müharibədən sonra yenicə dirçəlirdi və investisiya cəlb etməyə çalışırdı. Dövlət sanki “Bizə etibar edin, biz məsuliyyətli və etibarlı olacağıq” demək istəyirdi. Bu gün iştirak etdiyimiz tədbir isə çox fərqlidir. Bu, dünya səviyyəli tədbirdir. Artıq investorlar Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir və onun diqqətini cəlb etməyə çalışırlar. Avropa İttifaqı Azərbaycanı enerji sahəsində strateji tərəfdaş adlandırır. Beləliklə, artıq çox böyük dəyişikliklər baş verib. Fikrimcə, hazırda vəziyyət çox nikbin və müsbətdir.
Ümumi enerji mövzusu ətrafında müzakirə olunan əsas məsələlərə neft-qaz hasilatına investisiyaların artırılması, Azərbaycanın Avropaya təbii qaz nəql etməsi və tədarükü ikiqat artıra bilməsi, bərpa olunan enerji, külək və günəş enerjisinə hazırda yatırılan investisiyalar daxildir. Ötən gün Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir bərpa olunan enerji layihələrinin təməlqoyma mərasimində iştirak ediblər. Qlobal enerji keçidini necə həyata keçirdiyiniz və Azərbaycanın Aİ ilə tərəfdaşlığı ilə bağlı müzakirələrdən başqa, SOCAR, “bp Azerbaijan” və ya “Nobel Energy” kimi istehsalçılar, texnologiya tədarükçüləri və investorlar arasında çoxsaylı parallel görüşlər keçirilir, razılaşmalar əldə olunur və ya sazişlərə doğru addımlar atılır.
İnsanların toplaşdığı, fikir mübadiləsi apardığı və razılaşmalar əldə etdiyi forumların məqsədi müsbət dəyişikliklərə nail olmaqdır. Doğrudur, razılaşmalar özəl şəkildə, ayrıca əldə edilir. Forum dünyanı birlikdə çalışmağa çağırır. Enerji istehlakçıları, tədarükçülər, istehsalçılar, texnologiya şirkətləri neftin və qazın təhlükəsiz və effektiv, habelə münasib qiymətə hasil edilməsinə və təhlükəsiz tədarükünə şərait yaradan innovasiyalar tətbiq etməlidir. Bununla yanaşı, qlobal istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq üçün bərpa olunan enerji mənbələrinə böyük sərmayə yatırılmalıdır.
Metyu Brayza
Ceymstaun Fondu