Elektrik enerjisinin ötürülməsi infrastrukturu regionda bərpa olunan enerji mənbələrinin potensialını kəşf etməyə imkan verəcək

Elektrik enerjisinin ötürülməsi infrastrukturu regionda bərpa olunan enerji mənbələrinin potensialını kəşf etməyə imkan verəcək

6 i̇yun 2024 0000

Bu konfrans bizim üçün çox maraqlıdır, çünki biz hazırda regionda aktiv fəaliyyət göstəririk. Mən “Yaşıl Enerji Dəhlizi” layihəsində texniki məsləhətçi kimi çalışan İtaliyanın CESI şirkətini təmsil edirəm. Biz regionda bərpa olunan enerji mənbələrinin potensialını kəşf etməyə imkan verəcək elektrik enerjisinin ötürülməsi infrastrukturunu inkişaf etdirməkdə Azərbaycan hökumətinə dəstək veririk. Beləliklə, biz hazırda yerli enerji sektorunda aktiv iş aparırıq və yaxın bir neçə ay ərzində də burada fəaliyyət göstərməkdə davam edəcəyik. Bu konfrans “yaşıl enerji”nin inkişaf planının qarşısını alan maneələri həll etmək və aradan qaldırmaq baxımından yerli enerji sektorunun bütün maraqlı tərəflərinin və iştirakçılarının əlaqə qurması, danışmaqlar aparması və əsas məsələləri müzakirə etməsi üçün çox vacib platformadır.

Mənim çatdırmaq istədiyim əsas fikir bundan ibarətdir ki, bu obyektin özünü doğrultması üçün məqsədə uyğun olacaq infrastrukturun müvafiq layihəsinin yaradılması üçün işlənib hazırlanmış düzgün kommersiya şərtlərini müəyyən etmək, bu infrastrukturu idarə etmək üçün ideal və optimal biznes modelini tapmaq və sabit gəlir axını müəyyən etmək son dərəcə vacibdir. Bu, bütün digər investorların gəlməsinə və fəal iştirakına kömək edəcək.

Andrea Meola

Biznesin inkişafı üzrə qlobal direktör

CESI (İtalya)


FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN