Energetika sektorunda bütün imkanları təmin etməliyik

Energetika sektorunda bütün imkanları təmin etməliyik

4 i̇yun 2025 0000
Karolina Novac
Moldova Respublikasının Energetika Nazirliyində Dekarbonizasiya üzrə Dövlət Katibi

İlk növbədə, Azərbaycan Energetika Nazirliyini 30-cu Bakı Enerji Forumunun təşkilindəki liderliyi münasibətilə təbrik etmək istəyirəm. Bu tədbir qərarverici şəxsləri, siyasətçiləri, eyni zamanda şirkətləri, analitikləri və mütəxəssisləri bir araya gətirmək üçün mükəmməl bir fürsətdir. Bu forumda həm Asiya, həm də Avropadan gələn iştirakçılar, qarşıdan gələn əsas çətinlikləri, prioritetləri müzakirə etmək, daha yaxşı əməkdaşlıq yolları tapmaq və qaz təchizatını necə təmin edəcəyimizi müzakirə etmək imkanı əldə edirlər. Çünki, Moldova olaraq biz dəfələrlə qeyd etmişik ki, bizdə qaz ehtiyatları yoxdur və bunun təmin edilməsi çox vacibdir. Əməkdaşlığın möhkəmləndirilməsi də bu baxımdan önəmlidir. Azərbaycanla uzun illərdən bəri möhkəm və uğurlu tərəfdaşlığımız var, hətta Sovet İttifaqı dövründən bəri davam edən bir əməkdaşlıqdır. Buna görə də burada olmaq məni çox sevindirir. Biz yalnız bərpa olunan enerji mənbələrindən danışmırıq, təbii qaz da enerji sisteminin çevikliyini təmin etmə baxımından hələ də güclü rol oynayır. Mənim fikrimcə, bu forumun əsas kəlməsi müxtəlifliyin təmin olunmasıdır, çünki biz yalnız "yaşıl" gündəmə əsaslanmaqla irəliləmək real deyil. Enerji sektorunda bütün mümkün alternativləri əhatə edən dolğun seçimlər paketinə malik olmağımıza əmin olmalıyıq. Burada olmaq həqiqətən çox xoşdur.

 

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN