Vannia Qava, İtaliyanın Ekoloji Keçid Nazirliyinin Dövlət Katibinin müavini
Forum uğurlu şəkildə davam edir. Hal-hazırda enerji təhlükəsizliyi strategiyasının müzakirəsi çox vacibdir. Biz bir çox ölkələrdə enerji təhlükəsizliyinin peşəkar təminatı ilə məşğul olmağa hazır və bizimlə həmfikir insanları tapmalıyıq.
Dünən sərgidə oldum və belə məlum oldu ki, o, maraqlılıq baxımdan heç də cari forumdan geridə qalmır. Sərgidə biz müasir nailiyyətlərlə tanış olduq. İnanıram ki, ən son texnologiyaların və innovasiyaların köməyi ilə biz enerji keçidini daha sürətli və səmərəli edəcəyik.
Burada, forumda qaz məsələsindən də danışdıq. Bu enerji keçidi üçün vacibdir. Yenə də deyirəm: enerji balansını qorumaq və ölkələrin iqtisadi təhlükəsizliyini təmin etmək bizim üçün vacibdir.
Nəqliyyat, energetika və sənaye üçün yeni karbonsuz enerji daşıyıcısı olan hidrogen haqqında danışmalıyıq, çünki mən hesab edirəm ki, bu, gələcək üçün, sənaye üçün, həmçinin ağır yüklərin daşınması üçün çox vacibdir. Bərpa olunan enerji mənbələrinin aktuallığını düzgün qiymətləndirmək çətindir. Bunlar gələcəkdə müzakirə edilməli olan mövzulardır.