Enerji tələbatı bizi gələcək onilliklər boyunca bir araya gətirəcək

Enerji tələbatı bizi gələcək onilliklər boyunca bir araya gətirəcək

4 i̇yun 2025 0000
Arzu Cavadova
SOCAR, Vitse-prezident

Hesab edirəm ki, bu forum çox mühüm əhəmiyyətə malikdir və biz onu hər il keçiririk.. Bu, enerji sənayesinin liderlərini bir araya gətirmək və şirkətlərin qısamüddətli, orta və uzunmüddətli baxışlarını bölüşmək baxımından mühüm rol oynayır. Forum, sənaye iştirakçılarının nələrin baş verdiyini, hara yönəldiyimizi və ən əsası, qarşıya qoyulan gündəliyi necə daha səmərəli şəkildə və mövcud standartlara, eləcə də ekoloji tələblərə uyğun formada həyata keçirməli olduğumuzu daha yaxşı anlamasına kömək edir. Çünki artıq əvvəlki kimi fəaliyyət göstərmək mümkün deyil. Daha çevik olmalıyıq, çünki zaman baxımından təzyiq var. Daha inkişaf etmiş olmalıyıq bu isə səmərəlilik deməkdir.. İnteqrasiyaya ehtiyacımız var, çünki bu həm xərc baxımından qənaət, həm də bilik mübadiləsi imkanları yaradır. Bu cür yanaşma isə qoyulan məqsədlərə təhlükəsiz və səhmdarlarla razılaşdırılmış cədvəl üzrə çatmağa daha çox inam verir. Bu tədbir yüksək səviyyədə təşkil olunub və mən təşkilatçılara dərin təşəkkürümü bildirirəm hər şey mükəmməl idi. Növbəti görüşü səbirsizliklə gözləyirəm. Bu il tədbirin artıq 30 illik yubileyidir və əminəm ki, biz daha neçə-neçə onilliklər boyu bu mövzular ətrafında müzakirə aparacağıq, çünki enerji tələbatı hələ də aktualdır. Bu isə müzakirə olunmalı məsələlərin və əməkdaşlıq imkanlarının hələ çox olduğunu göstərir.

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN