Enerji transformasiyasında yeni dövr

Enerji transformasiyasında yeni dövr

2 i̇yun 2022 0000

Stiq Aatland, “Equinor” Azərbaycanın meneceri,

Həmişə olduğu kimi, bu cür tədbirlər təşkil edildikdə, xüsusən də yaşadığımız uzun fasilədən sonra bir çox təşkilati məsələlər çətin olur. Amma təşkilatçılıq və tamaşaçıların ümumi əhval-ruhiyyəsi həqiqətən yaxşıdır və natiqlərin peşəkarlıq səviyyəsi çox yüksəkdir, çoxlu faydalı məlumatlar, təqdimatlar var.

Hamımızın iki-üç il işdən kənar qaldığımızı nəzərə alsaq, bu cür tədbirlər çox böyük fərq yaradır. İnsanlarla üz-üzə görüşmək, birlikdə işləmək, bütün bunlar uğurun açarıdır, xüsusən indi biz enerji transformasiyasının yeni dövrünə - enerji keçidi dövrünə qədəm qoyduğumuz zaman üçün yeni əlaqələr qurmağa, yeni investorlar tapmağa və s ehtiyacımız var. Bu, indi böyük əhəmiyyət kəsb edir və gələcəkdə daha da artacaq.

Forum əsasən müvafiq maraqlı tərəflərin fikirlərini eşitmək imkanı verir və şirkətin bu istiqamətdə təhlükəsiz fəaliyyətini təmin etmək bir lider kimi mənim işimdir. “Equinor”un nümayəndəsi olaraq, rəhbərlik etdiyim şirkəti bu yeni dünyada istiqamətləndirmək üçün necə davam edəcəyimi anlamaq mənim üçün vacibdir.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN