Denis Pialov, Türkiyə, Azərbaycan, Gürcüstanda satışlar üzrə direktor, Baker Hughes
Bakı Enerji Forumunun təşkilini qiymətləndirərək deyə bilərəm ki, sözsüz ki, tədbir çox yüksək səviyyədə təşkil olunub! Bu cür miqyaslı tədbir fikir mübadiləsi və insanlarla tanış olmaq üçün əla bir platformadır. Buna görə də hər zaman sahə üzrə mütəxəssislərin marağını cəlb edir.
Gözləntilərimə gəldikdə, mən ARDNŞ-in və Azərbaycanın bir sıra digər iri şirkətlərinin nümayəndələri ilə görüşməyi nəzərdə tuturam. Biz burada bir sıra layihələr həyata keçiririk, buna görə də qarşılıqlı uğur qazanmaq üçün yerli şirkətlərlə əməkdaşlığa ümid edirəm.