Forum demək olar ki, bütün dünyanı bir araya gətirib!

Forum demək olar ki, bütün dünyanı bir araya gətirib!

3 i̇yun 2025 0000

Metyu Brayza, Jamestown Foundation-un İdarə Heyətinin üzvü

Bakı Enerji Forumu qlobal enerji sahəsində ən mühüm tədbirlərdən biridir. Forumun gündəliyində yer alan aktual məsələlər, müzakirə olunan problemlər və neft-qaz sənayesi ilə əlaqəli sahələrin inkişaf yolları bu tədbirin beynəlxalq miqyasda nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir.

Mövcud qlobal vəziyyət fonunda enerji təhlükəsizliyi məsələləri xüsusilə ön plana çıxır. Ukrayna və Moldova kimi ölkələrin Avropa İttifaqının enerji sisteminə inteqrasiyası, eləcə də bu ölkələrin potensial imkanlarının Avropanın enerji maraqları naminə istifadəsi əsas müzakirə mövzularındandır. Forumda iştirak edən ölkələrin siyahısına nəzər yetirsək, burada demək olar ki, Avropa, Asiya, Afrika və Sakit okean hövzəsi ölkələri daxil olmaqla bütün dünya təmsil olunur. Bu il keçirilən konfransı tam əminliklə qlobal səviyyəli  sərgi adlandırmaq olar.

Bu il həm “Caspian Oil&Gas” sərgisi, həm də konfrans özünün 30 illik yubileyini qeyd edir. Mən bu tədbirlərin iyirmi beşdən çoxuna qatılmışam və hər iki platformanın necə formalaşıb inkişaf etdiyinin canlı şahidiyəm. Dəyişikliklər inanılmaz dərəcədə böyükdür — həm keçirildiyi məkanlar baxımından, həm də bu forumların bugünkü səviyyəyə çatması baxımından.

Hazırda Forumun diqqət mərkəzində artıq yalnız region yox, bütün dünya dayanır. Son otuz ildə Azərbaycanın iqtisadi və strateji əhəmiyyətinin artması ilə yanaşı, sərgi və konfransın əhatə dairəsi və təsir gücü də əhəmiyyətli dərəcədə genişlənib və inkişaf edib.

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN