Elyor Abdullacanov, biznesin inkişafı şöbəsinin müdiri, "Özbəkneftqaz" ASC
Biz neft-qaz sərgisinə ikinci ildir ki, Özbəkistandan nümayəndə heyəti ilə gəlirik. Tədbirin miqyası sadəcə heyranedicidir. Ekspo mərkəzində olduğu kimi, burada da hər şey ən yüksək səviyyədə keçir. Sərgi çox yaxşı təşkil olunub, heç bir xaos yoxdur. Təşkilatçı şirkətə afərin!
Sərgidə bir çox həmkarlarımızla görüşdük. Özbək stendinə yerli və xarici şirkətlərin bir çox nümayəndəsi yanaşdı. Onlarla bir sıra konstruktiv görüşlər keçirdik və bu görüşlərdə bir neçə perspektivli və innovativ layihələr müzakirə olundu. Gələn il də buraya gəlmək istərdik.