Forumda iştirakımızı səmərəli adlandıra bilərəm

Forumda iştirakımızı səmərəli adlandıra bilərəm

2 i̇yun 2022 0000

Françesko La Camera, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru

Təəssüf ki, sərgini ziyarət etmək imkanım hələ olmayıb, çünki yeni gəlmişəm və dərhal forumda iştirak etmişəm. Ona görə də mən bu tədbirin təşkilini yüksək qiymətləndirə bilərəm və qeyd etmək istəyirəm ki, biz çox məmnunuq, hər şey mükəmməl təşkil olunub, hər şey rəvan və yaxşı keçdi. Forum region ölkələrinin nazirləri ilə, o cümlədən sizin nazirlə ünsiyyəti asanlaşdırmaq baxımından çox yaxşıdır. Bu gün onunla görüşdük. Bu baxımdan tədbirdə iştirakımızı səmərəli adlandıra bilərik.

Mən panellərdən birində iştirak edə bildim, burada çox düzgün sual verildi: biz gələcəyi necə qarşılayacağıq, enerji keçidi necə həyata keçiriləcək. Düşünürəm ki, mövzu diqqətlə düşünülmüş və düzgün seçilmişdir.

Gözləntilərimizə gəldikdə isə: IRENA neft-qaz şirkəti deyil, biz gündən-günə daha çox əhəmiyyət kəsb edən bərpa olunan enerji mənbələri ilə işləyirik, lakin istənilən şirkətlə əməkdaşlıq etməyə hazırıq.

Yenə deyirəm ki, bu forum bizim üçün region ölkələrinin nazirləri ilə görüşmək və onların ölkələri ilə agentlik arasında əməkdaşlıq strategiyasını necə qura biləcəyimizi müzakirə etmək imkanı baxımından əhəmiyyətlidir. Bütün bu cəhətləri nəzərə alaraq belə düşünə bilərəm ki, bura gəlməyə dəyərdi.


FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN