Melih Han Bilgin, “TPAO”-nun prezidenti, Baş İcraçı Direktoru
İki il davam edən pandemiyadan sonra forumun və sərginin təşkili miqyası və səviyyəsi olduqca diqqətəlayiqdir. Bakı Enerji Həftəsi çərçivəsində yenidən burada olmaqdan çox şadıq və bu tədbirdə əməyi olan hər kəsə öz təşəkkürümü bildirmək istəyirəm. Bu heyrətamiz hadisədir.
Bu kimi tədbirlər aktual məsələləri müzakirə etmək və daha yaxşı həll yollarına aparan fikirləri bölüşmək üçün əla platformadır və bizim hamımızın daha yaxşı həll yollarına ehtiyacımız var. İnanıram və ümid edirəm ki, bütün iştirakçılar bu fürsətdən yararlanacaqlar.
Biz problemlərin həllinə realist və praqmatik yanaşmaya bağlıyıq. Hazırda kifayət qədər problemlər var, ona görə də təkrar edirəm: ümid edirəm ki, forum zamanı biz bütün problemlərin həlli üçün praqmatik yollar tapa biləcəyik!