İnteraktivlik forumun vacib cəhətidir!

İnteraktivlik forumun vacib cəhətidir!

31 may 2019 0000

Dmitriy Solovyev, “Cross Caspian” şirkətinin Baş direktoru

Bu forum neft-qaz sahəsində regionun əsas tədbirlərindən biridir və buna görə də bizim şirkətin nümayəndələri uzun illərdir ki, bu tədbirdə iştirak edirlər. Sərgi ilə yanaşı, bu tədbir sektorun əsas təmayüllərini izləməyə imkan verir. Bu, həm də faydalı görüş, işgüzar danışıq vaxtıdır. Konfransda səslənən məruzələr kifayət qədər maraqlıdır. Mən dövlət neft şirkətinin boru kəmərlərinin inkişafi ilə əlaqədar səsləndirdiyi məlumatları xüsusilə qeyd etmək istərdim. Çünki, bu, Xəzər regionundakı neft-qaz bazarını təşkil edən əsas elementlərdən biridir. Konfransın təşkilatçılığı həmişə yüksək səviyyəsi ilə fərqlənir. Lakin mənə elə gəlir ki, interaktivlik tədbir üçün vacib cəhətə çevrilməlidir. Bundan başqa, neft-qaz sahəsi ilə kəsişən bir neçə sektor üzrə konfransın birləşdirilməsi sayəsində tədbiri daha da genişləndirmək yaxşı olardı.

 


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN