İran enerji sənayesinin bütün sahələrində investisiyalar üçün açıqdır

İran enerji sənayesinin bütün sahələrində investisiyalar üçün açıqdır

4 i̇yun 2022 0000

 

 

 

 

 

 

 

 

Cavad Ouci, İranın neft naziri

İlk növbədə, həm istehsalçılar, həm də bu sektorun şirkətləri üçün uğurlu platformaya çevrilmiş forumun əla təşkilini qeyd etmək istərdim. Tədbir nailiyyətlərdən danışmaq, enerji mənbələrinin istehsalı, inkişafı və istismarı ilə bağlı gələcək planları müzakirə etmək imkanı yaratdı. Bundan əlavə, bura, əmtəə və xidmət təminatçıları ilə görüş üçün ən yaxşı yerdir.

İranda gündəlik qaz hasilatının həcmi iki milyard kubmetrdir. Biz dəfələrlə başqa ölkələrin enerji resurslarına olan tələbatını ödəməyə hazır olduğumuzu bəyan etmişik. Bizim qaz ehtiyatlarımızdan regionda istənilən ölkə, millət və xalq faydalana bilər. Forum da bu məsələdə bizə kömək etmək üçün təşkil olunub. O, ən yüksək səviyyədə keçirildi və orada indiki şəraitdə çox vacib rol oynayan ən böyük qaz şirkətləri iştirak etdilər.

Dünyanın enerji resurslarına həddən artıq ehtiyacı var. Forum sayəsində bu sahədə əsas istiqamətləri müəyyən etmək olar və o, enerjiyə olan tələbatın ödənilməsi üçün vasitəyə çevrilə bilər.  Bizim mesajımız belədir: biz dünyanın qaza olan  tələbatının müəyyən hissəsini təmin etməyə hazırıq. İran enerji sənayesinin bütün sektorlarında investisiyalar üçün açıqdır. İstənilən investor böyük fayda və qaz əldə edəcək. Biz artıq enerji layihəsini - gücünə görə Qətər və Avstraliyadan sonra dünyada üçüncü ən böyük zavoda çevriləcək maye qaz istehsalı zavodunun tikintisini həyata keçiririk.

Bu gün sizə şad xəbər vermək istəyirik. Biz Azərbaycan, Türkmənistan və İran arasında imzalanan saziş çərçivəsində qaz tədarükünün ikiqat artırılması barədə razılığa gəlmişik. Biz hətta bu həcmi dörd dəfəyə qədər artırmağa hazırıq. Biz Azərbaycanla əlaqələrimizi yüksək qiymətləndirir və istər enerji sektorunda, istərsə də digər sahələrdə bu əlaqələri dərinləşdirməyə və genişləndirməyə çalışırıq.

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN