Kərim Osseiran, “Petrofac” şirkətinin treninq üzrə qlobal direktoru
– Hər il keçirilən “Neft və Qaz” sərgi və konfransı Qafqaz regionu üçün son dərəcə vacib bir tədbirdir və burada bütövlükdə bazara aid mühüm qərarlar qəbul edən əsas şirkətlər iştirak edirlər. Bunların arasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“SOCAR”) də yer alır.
Bu nüfuzlu forumda iştirak etmək mənim üçün çox maraqlıdır. Mənim çıxışımda əsas diqqət kadr potensialının, o cümlədən neft-qaz sənayesində çalışan mühəndislər və texnikaların inkişaf etdirilməsi üçün rəqəmsal proseslərin və texnologiyaların istifadəsinə yönəldilib. Çıxışda elektron təhsilə xüsusi yer veriləcək.
Qeyd etmək istəyirəm ki, konfransın gündəliyi çox yüksək səviyyədə təşkil edilib və neft - qaz bazarının iştirakçılarını maraqlandıran demək olar ki, bütün məsələləri əhatə edir. Bu gün bazarda qiymət baxımından vəziyyət yaxşılaşır və bu da investorların bazara qaytarılmasına, neft sektorunun aktivləşməsinə kömək edir.