Georgi Şebuldayev, “Kaspersky Industrial Cybersecurity” şirkətinin Biznesin inkişafı departamentinin rəhbəri
– Biz bu konfransda debüt edirik. Tədbirin səviyyəsinin yüksək, nümayəndələrin siyahısının gözlənilməz dərəcədə böyük olduğunu öyrəndikdən sonra dərhal bu forumda iştirak etmək qərarına gəldik. Bundan başqa, tədbirin proqramında dərhal bizim üçün aktual olan mövzuların kəsişməsi ilə rastlaşdıq.
Biz konfransda “Kaspersky Lab” məhsulunun sənaye infrastrukturlarının qorunmasına həsr olunan hissəsini təqdim edirik. Burada neft-qaz sənayesində rəqəmli transformasiyasına yeni yanaşmalar barədə kifayət qədər çox məlumat verilir. Təəssüf ki, hazırda sənayedə müasir İT texnologiyalarının tədbiri bu strukturlarda kiber-təhlükəsizliyin yaxşılaşdırılması sürətini geridə qoyur. Hələ 15-20 il əvvəl neft emalını idarəetmə strukturları korporativ IT infrastrukturlarından təcrid olunmuşdu. İndi isə belə deyil və bunların aralarındakı sərhədlər götürülür.
Biz “Kaspersky” laboratoriyasında daim müştərilərimizə edilən yüz minlərlə hücum müəyyən edirik. Çox vaxt onlar zərər vurmaq üçün nəzərdə tutulmur. Çoxsaylı virusların səbəblərindən biri kiber-təhlükəsizlik məsələləri üzrə avtomatik idarəetmə sistemləri ilə işləyən personalın az məlumatlı olmasıdır. Buna görə də, hazırda yeni təhlükəsizlik məhsullarını tətbiq etməklə yanaşı, həm də personal və idarəetmə sistemlərinin avtomatlaşdırılması ilə məşğul olan mütəxəssislər ilə kiber-təhlükəsizlik üzrə fəal işləmək, onlara təlim keçmək və onların çoxfunksiyalı qarşılıqlı fəaliyyətini təmin etmək lazımdır.
Mən öz məruzəmdə bu mövzunun aktuallığına və “Kaspersky Lab” şirkətinin bu mövzudakı təkliflərinə toxunuram.