Konfrans həmişə maraqlı mövzularla zəngindir!

Konfrans həmişə maraqlı mövzularla zəngindir!

30 may 2019 0000

Georgi Qorqaslidze, Gürcüstan Neft və Qaz Korporasiyasının Maliyyə departamentinin rəhbəri

- Bizim şirkətin nümayəndələri hər il Xəzər neft və qaz konfransında iştirak edir. Genişmiqyaslı tədbirdə iştirak həmişə nüfuz gətirir və faydalıdır. Biz bu sənayenin bütün innovasiyaları barədə xeyli məlumat əldə edirik. Hər kəs özü, öz nailiyyət və məhsulları haqqında məlumat vermək imkanı əldə edir. Peşəkar səviyyədə məlumat mübadiləsi ümumilikdə neft-qaz sahəsinin inkişafına müsbət təsir edir. Konfrans həmişə maraqlı mövzularla zəngindir. Qaz sahəsi, bu istiqamətdə yeni məhsullar, gələcəyin resursları və bərpa olunan enerji növləri kimi mövzuları əks etdirən çıxışlar mənim üçün cəlbedicidir. Burada əldə etdiyimiz bütün məlumatlar gələcəkdə onlardan öz fəaliyyətimizdə uğurla istifadə etmək üçün məlumat bazasına daxil olur.

 


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN