İr Norafilzal Bi Mat Saad, “PETRONAS E&P OVERSEAS VENTURES SDN BHD” şirkətinin (PEPOV) Baş icraçı direktoru və “Joint Venture International, PETRONAS Upstream” şirkətinin Baş direktoru
– Bu konfrans çox vacib tədbirdir. Burada dünyanın hər yerindən nümayəndələri, nəhəng şirkətlərin təmsilçilərini görürük. “Xəzər Neft və Qaz” konfransı neft-qaz bazarının, xüsusilə də Qafqaz regionunun inkişaf perspektivlərini müəyyən edən iştirakçıları bir araya gətirib.
Mənim çıxışım məhdud pul vəsaitləri şəraitində neft yataqlarının işlənməsi zamanı innovasiya və risklərin idarə edilməsi barədədir. Çıxışımın gündəliyi yalnız Qafqaz regionunun deyil, bölgədəki neft-qaz bazarının bu günü və gələcəyini əhatə edəcək şəkildə formalaşıb. Burada səslənən məruzələrdə bir tərəfdən neft-qaz yataqlarının istismarı, nəqli, işlənməsi məsələləri, digər tərəfdən isə müvafiq sənaye sahələri barədə mövzular əhatə edilib. Hesab edirəm ki, konfransda bütün mühüm məsələlər uğurla müzakirə olundu.
Digər bir məsələ isə fasilələr zamanı dünyanın müxtəlif ölkələrində neft-qaz bazarlarının əsas iştirakçılarını təmsil edən potensial tərəfdaşlarla əməkdaşlığı müzakirə etmək imkanı var.