"Lukoyl" "Şahdəniz"də payını 2 dəfəyə yaxın artırıb

"Lukoyl" "Şahdəniz"də payını 2 dəfəyə yaxın artırıb

18 fevral 2022 0000

Rusiyanın "Lukoyl" şirkəti "Şahdəniz" layihəsində "Petronas" şirkətinin 9,99 faiz payının satın alınması barədə sazişi tamamlayıb.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, sazişin dəyəri 1,45 milyard dollar təşkil edib.

Bu saziş sayəsində "Lukoyl"un "Şahdəniz" layihəsində payı 10 faizdən 19,99 faizə çatıb.

Layihə üzrə digər pay sahibləri 29,99 faizlə bp, 19 faizlə TPAO, 14,35 faizlə SOCAR, 10 faizlə NICO və 6,67 faiz payla SGC şirkətləridir.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN