“Microsoft” şirkətinin zəngin əməkdaşlıq təcrübəsi

“Microsoft” şirkətinin zəngin əməkdaşlıq təcrübəsi

2 i̇yun 2017 0000

Tibor Bakso, “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa regionlarında neft-qaz sənayesi üçün həll variantları üzrə rəhbəri

– Hesab edirəm ki, konfrans peşəkar səviyyədə təşkil edilib və sənaye üçün böyük əhəmiyyət kəsb edir. Burada ali təbəqənin rəhbərləri, sənaye üçün çox mühüm şəxslər bir araya toplaşıb.

“Microsoft” şirkətinin nümayəndəsi kimi, məni daha çox sənayenin simasını dəyişdirmək və onu daha da rəqabət qabiliyyətli etmək məqsədi ilə texnologiyadan istifadə mövzuları narahat edir. Bütün bunlar ümumilikdə neft-qaz sənayesinə aiddir. Mən öz çıxışımda nümayəndələri “Microsoft” şirkətinin “Azure” kompüter sistemi sayəsində sənayenin neftayırma sahələrində texniki göstəricilərin optimallaşdırılması məqsədi ilə irihəcmli məlumatların idarə edilməsi imkanları ilə tanış etdim.

“Microsoft” şirkəti bütün dünyada neft-qaz sənayesinin təmsilçiləri ilə gözəl əməkdaşlıq təcrübəsinə malikdir və biz bu təcrübəni Azərbaycan bazarına da gətirmək niyyətindəyik. Biz xüsusən də “SOCAR” və bu qəbildən olan digər şirkətlərlə əməkdaşlıq imkanlarını axtarırıq.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN