Neft-qaz sahəsində ən nüfuzlu tədbir

Neft-qaz sahəsində ən nüfuzlu tədbir

4 i̇yun 2025 0000
Aleksandr Bisikalo, “Mitsubishi Heavy Industries Group” şirkətinin regional meneceri

Yaponiya şirkəti olan “Mitsubishi Heavy Industries Group” uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərir. Forum bizim üçün neft-qaz sahəsində ən nüfuzlu tədbirdir və burada iştirak etməyi vacib hesab edirik. Forum çərçivəsində müzakirəyə çıxarılan məsələlər, şübhəsiz ki, böyük əhəmiyyət daşıyır və neft-qaz sənayesinin inkişaf istiqamətlərini əks etdirir. Lakin mənim üçün ən diqqətçəkən məqam – Bakı Konqres Mərkəzinin tribunalarında çıxış edən spikerlər oldu. Burada çıxış edənlər sahənin öndə gedən, qərar verən, birbaşa danışmaq səlahiyyəti olan şəxslərdir. Onların nitqləri əvvəlcədən hazırlanmış təqdimatlar deyil, real problemlərin və aktual məsələlərin birbaşa müzakirəsidir. Forumda dünyanın aparıcı şirkətlərinin rəhbərlərinin və qonşu ölkələrin yüksək səviyyəli nümayəndələrinin iştirakı tədbirin yüksək statusunu bir daha təsdiqləyir.

Bu il “Caspian Oil&Gas” sərgisinin 30 illiyi qeyd olunur. Bu, çox əlamətdar bir tarixdir. Bu münasibətlə təşkilatçıları və ümumilikdə Azərbaycanın neft-qaz sektorunu səmimi-qəlbdən təbrik edirəm. Qlobal iqtisadi tendensiyalar göstərir ki, qarşıdakı 30 il də sərginin və bu sahənin inkişaf dövrü olacaq. Mən də məhz belə bir yüksəliş arzulayıram. Qeyd etmək lazımdır ki, Mərkəzi və Orta Asiya ölkələrində keçirilən analoji sərgilərlə müqayisədə “Caspian Oil&Gas” regionda uzun tarixə malik və ən nüfuzlu tədbirdir. Bu isə onun əhəmiyyətinin və uğurunun bariz göstəricisidir.

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN