Qaradağ Günəş Elektrik Stansiyası Azərbaycana 110 milyon kubmetr qaza qənaət etmək imkanı verəcək - Pərviz Şahbazov

Qaradağ Günəş Elektrik Stansiyası Azərbaycana 110 milyon kubmetr qaza qənaət etmək imkanı verəcək - Pərviz Şahbazov

15 mart 2022 0000

Qaradağ Günəş Elektrik Stansiyası Azərbaycana 110 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasiminə həsr olunmuş mətbuat konfransında deyib.

"Qaradağ Günəş Elektrik Stansiyasının tikintisini 2022-ci ilin sonunadək bitirmək planlaşdırılır. Stansiyanın istismara verilməsindən sonra biz 110 milyon kubmetr qaza qənaət edəcəyik və ildə 200 min ton həcmində çirklənmənin qarşısını alacağıq. Yeni stansiya ilə Azərbaycanın bərpa olunan enerji mənbələri hesabına illik elektrik enerjisi istehsalının həcmi 3 milyard kVt/saata çatacaq", - deyə nazir bildirib.

P.Şahbazovun sözlərinə görə, Qarabağ regionunda da 100 kilovolt gücündə külək elektrik stansiyasının, həmçinin günəş panellərinin tikintisi planlaşdırılır.

"Bu memorandum çərçivəsində Azərbaycanın günəş elektrik enerjisi istehsalı sahəsində potensialının öyrənilməsi nəzərdə tutulur. Həmçinin, dəmir yollarında 180 meqavatt gücündə bərpa enerji mənbələrinin istifadəsi planlaşdırılır", - deyə o bildirib.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN