Bu tədbir bir araya gələrək üzləşdiyimiz problemləri müzakirə etmək üçün əla imkandır
Bu konfrans 26 ildir ki, Azərbaycanda keçirilir. Düşünürəm ki, bu fakt onun rolunu göstərmək üçün kifayətdir. Mən üçüncü dəfədir ki, bu tədbirdə iştirak edirəm. Deyə bilərəm ki, tədbir inkişaf edir və getdikcə güclənir. Düşünürəm ki, dünən sərginin açılışında Prezidentin çıxışından da bu görünürdü. Xəzər regionunun dünya enerji bazarındakı mühüm rolu artmaqdadır. Mən hesab edirəm ki, belə sərgilər bir araya gələrək üzləşdiyimiz problemləri müzakirə etmək üçün əla imkandır. Çünki qarşıda üzləşəcəyimiz bəzi mühüm geosiyasi və ekoloji problemlər var. Mən düşünürəm ki, bu problemləri təkbaşına həll etmək mümkün deyil - həll variantları tapmaq üçün birliklər işləməklə buna nail olmaq olar. Bu konfrans bizə dünyanı enerji ehtiyatları ilə təmin etmək olan işimizi dəstəkləmə yollarını öyrənməyə kömək edir.
Mən burada xeyli insanla görüşdüm. Bu da belə konfransların digər üstünlüklərindən biridir. Bu, təkcə təqdimatları dinləmək üçün deyil, həm də insanlarla birbaşa ünsiyyət qurmaq üçün yaxşı fürsətdir.