Qazaxıstan və Azərbaycanın aparıcı şirkətləri arasında əməkdaşlıq perspektivləri

Qazaxıstan və Azərbaycanın aparıcı şirkətləri arasında əməkdaşlıq perspektivləri

31 may 2019 0000

Kurmanqazı İskaziev, “KazMunayQaz Milli Şirkəti”  SC-nin İdarə heyəti sədrinin kəşfiyyat, hasilat və neft xidmətləri üzrə müavini

Qazaxıstanın karbohidrogenlərin kəşfiyyatı, hasilatı, emalı və nəqli üzrə operatoru olan “KazMunayQaz” şirkətinin nümayəndə heyəti konfransın işində debüt edir. “SOCAR” şirkətinin rəhbərliyi ilə yaxşı insani, dostluq və işgüzar münasibətlər bizi burada iştiraka sövq edib. Biz Azərbaycanlı həmkarlarımıza dəstək vermək, öz plan və prioritetlərimiz barədə danışmaq, sektorun mütəxəssislərinin bu sahənin inkişaf perspektivləri və istiqamətləri barədə fikirlərini dinləmək üçün buradayıq.

Biz iki gün ərzində (həm konfrans çərçivəsində, həm də ondan kənarda) maraqlı görüşlər keçirmişik və bu görüşlərdə iki ölkənin aparıcı şirkətləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Bu işdə bir çox məsələ bizim münasibətlərin spektrindən asılıdır. Siyasi və iqtisadi əməkdaşlıq yüksək səviyyədədir, şirkətlər arasında qarşılıqlı münasibətlər normaldır. Birgə işləmək və bir-birimizi dəstəkləmək lazımdır və uğurun təminatı budur.

Mən sərgi və konfransın təşkilatçılarına təşəkkür edirəm və məlumat verə bilərəm ki, “KazMunayQaz” şirkəti gələn il öz stendi ilə bu sərgidə iştirak etməyi planlaşdırır.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN