Con Roberts, Enerji təhlükəsizliyi üzrə mütəxəssis, Vaşinqton, Atlantik Şurası, Avropa İqtisadi Komissiyasının Qaz üzrə ekspert qrupunun üzvü
– Beynəlxalq Xəzər Neft və Qaz konfransı möhtəşəm bir tədbirdir! Azərbaycan neft və qaz sahəsində sürətlə irəliləyir. Müstəqillik illərində burada ölkənin inkişafına təsir edən geosiyasi və texniki problemlər yaranıb. Ölkənin çətin sınaqlardan çıxması, çətin zamanları arxada qoyması çox vacibdir. İndi regional cəhətdən mürəkkəb geosiyasi vəziyyət, bazardakı dəyişikliyinin mümkünlüyü də nəzərə alınmalıdır. Enerji inkişafına yönəlmiş bir demarşın, əgər belə demək mümkündürsə, “asanlıqla” baş verə bilməyəcəyini anlamaq vacibdir. Bu proqnozun fonunda ölkənin perspektiv istiqamətləri üzrə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirmək tələb olunur.