Rəfiqə Hüseynzadə: SOCAR neft və qaz hasilatı zamanı karbon emissiyasını sıfıradək azaltmaq niyyətindədir

Rəfiqə Hüseynzadə: SOCAR neft və qaz hasilatı zamanı karbon emissiyasını sıfıradək azaltmaq niyyətindədir

7 yanvar 2022 0000

SOCAR 2022-ci ildə karbon emissiyasını sıfıradək azaltmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bunu SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə “Reuters” agentliyinə açıqlamasında deyib.

“Biz 2010-cu ildən Dünya Bankının səmt qazının yandırılmasının azaldılması proqramı çərçivəsində bunun üzərində çalışırıq. SOCAR-ın yataqlarından karbon emissiyaları 2012-ci ildə 9-10 faiz təşkil edirdisə, son vaxtlar bu rəqəm 2 faizə qədər azalıb. 2022-ci ildə biz karbon neytrallığı səviyyəsinə çatacağıq”, - deyə o bildirib.

Onun sözlərinə görə, tullantılar təkcə karbohidrogen hasilatı prosesi ilə əlaqədardır.

“Görülən işlər sayəsində bu günədək 20 il ərzində məşəllərdə yandırılmaqda olan səmt qazının 300-600 min kubmetrini əldə etmək mümkün olur”, - deyə R.Hüseynzadə vurğulayıb.

O əlavə edib ki, SOCAR “Neft Daşları” və “Günəşli” dayazsulu yataqlarında ekoloji təmiz texnologiyalardan istifadə etməklə təbii qaz hasilatını ildə iki milyard kubmetrədək artıra bilər. SOCAR və BP, həmçinin yaşıl enerjini inkişaf etdirmək, tullantıların idarə edilməsi və təmiz sənaye sahələrində birgə işləmək öhdəliyi götürüblər.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN