Heikki Pikkarainen, “Neste Engineering Solutions” şirkətinin icraçı direktoru
– Şəxsən mən bu tədbirdə ilk dəfə iştirak edirəm. Lakin şirkətimizin nümayəndələri bu əhəmiyyətli forumda dəfələrlə iştirak etmişlər. Bununla əlaqədar qeyd edə bilərəm ki, konfrans şəbəkələşmə, müxtəlif şirkətləri təmsil edən insanlarla görüşlər, eləcə də regionun imkan və perspektivlərini araşdırmaq baxımından vacibdir.
Eyni zamanda, “Xəzər Neft və Qaz” sərgisi də çox əhəmiyyətli tədbirdir, burada regional neft-qaz sənayesini təmsil edən iş adamları ilə görüşlər keçirə bilərsiniz. Biz artıq yerli şirkətlərlə, xüsusilə də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə karbamid zavodunun tikintisi layihəsi çərçivəsində əməkdaşlıq edirik. Bu baxımdan, konfransda çıxışım karbamid zavodunun tikintisinin həyata keçirilməsində layihənin idarə olunması üzrə podratçının rolu ilə bağlıdır.
Konfransın bütün iştirakçılarına uğurlar və daha çox fəallıq arzulayıram.