Maksim Himadetdinov, “Zarubejneft” (Rusiya) şirkətində neft-qaz sənayesi obyektlərinin tikintisi üzrə rəhbər
Rusiyanın “Zarubejneft” şirkəti strateji təyinatlı neft-qaz şirkətidir və xarici iqtisadi fəaliyyət sahəsində zəngin tarixə və unikal təcrübəyə malikdir. Mən bu konfransda ilk dəfə iştirak edirəm. Əla işə görə bu genişmiqyaslı tədbirin təşkilatçılarına təşəkkür etmək istəyirəm. Biz burada iki gün ərzində xeyli sayda insanla, dünyanın tanınmış şirkətlərinin nümayəndələri ilə tanış ola bildik.
Səfərimin məqsədi ilk növbədə təcrübə mübadiləsidir. Sektorun aparıcı iştirakçılarının, o cümlədən “BP”, “Total” və b. şirkətlərin məruzələrini dinləmək, dünya təcrübəsini öyrənmək, əlaqə mübadiləsi aparmaq vacibdir.
“Zarubejneft” şirkəti dünyanın bir çox ölkəsində böyük beynəlxalq iş təcrübəsinə malik olan təşkilat olduğu üçün gələcək əməkdaşlıq üçün tərəfdaşlıq münasibətləri və uzunmüddətli əlaqələr qurmaq bizim üçün çox vacibdir.
Hesab edirəm ki, “Caspian Oil & Gas” konfransı belə əlaqələrin qurulması üçün əla imkan yaradan tədbirlərdən biridir.