Şadıq ki, əməkdaşlığımız davam edəcək!

Şadıq ki, əməkdaşlığımız davam edəcək!

31 may 2018 0000

Akihiko Kuraşina, “Inpex Southwest Caspian Sea, Ltd.” şirkətinin Vitse-prezidenti

– Artıq bir ildir ki, “Inpex” şirkəti bu konfransın sponsorudur və biz gələcəkdə də foruma zəruri dəstək davam etdirmək niyyətindəyik. Hər il “Xəzər Neft və Qaz” konfransı dünyanın müxtəlif şirkətlərini təmsil edən bir çox iştirakçını bir araya gətirir. Tədbirdə ilk iclasdan iştirak edirəm, qeydlər aparıram, peşəkar maraq doğuran müəyyən məqamlarını qeyd edirəm.

Məlum olduğu kimi, “Inpex” şirkəti "Əsrin Müqaviləsi”nin, daha doğrusu “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi və hasilatının pay bölgüsü üzrə müqavilənin iştirakçılarından biridir. Ötən ilin sentyabr ayında Azərbaycan hökuməti ilə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı blokunun layihə tərəfdaşları ilə birgə işlənməsi üzrə yeni müqavilə imzalanıb və  mən şadam ki, bizim əməkdaşlığımız davam edəcək.

Həmçinin mən Cənub Qaz Dəhlizinin açılmasının vacibliyini də qeyd etmək istəyirəm. Heç şübhəsiz ki, bu hadisə dünya bazarlarında ölkənin qaz ixracatçısı kimi beynəlxalq nüfuzunu daha da artırır.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN