Şimali Makedoniya Azərbaycan qazının idxalı layihəsinin işə düşəcəyi müddəti açıqlayıb

Şimali Makedoniya Azərbaycan qazının idxalı layihəsinin işə düşəcəyi müddəti açıqlayıb

28 dekabr 2021 0000

Şimali Makedoniya Azərbaycan qazına çıxış imkanı verəcək Yunanıstanla trans-sərhəd qaz kəmərinin tikintisinə 2022-ci ilin əvvəlində başlayacaq.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Şimali Makedoniyanın iqtisadiyyat naziri Kreşnik Bektaşi öz "Facebook" səhifəsində yazıb.

O qeyd edib ki, ölkənin "National Energy Resources" dövlət şirkəti Avropa İnvestisiya Bankı ilə layihə xərclərinin bir hissəsinin təmin olunması üçün 28,9 milyon avro məbləğində kreditin təqdim olunması barədə müqavilə imzalayacaq.

"Bu interkonnektorun tikintisi ilə biz həm vətəndaşlar, həm də biznes üçün daha rəqabətqabiliyyətli qiymətləri təmin edə biləcəyik", - deyə nazir bildirib.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən etibarən Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə Azərbaycan qazının Avropaya nəqli başlayıb.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN