Şimali Makedoniyanın iqtisadiyyat naziri Azərbaycana gələcək

Şimali Makedoniyanın iqtisadiyyat naziri Azərbaycana gələcək

31 yanvar 2022 0000

Şimali Makedoniyanın iqtisadiyyat naziri Kreşnik Bekteşi fevral ayında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə Şimali Makedoniya İqtisadiyyat Nazirliyindən bildiriblər.

"Bekteşi "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında iştirak edən nümayəndə heyətinə rəhbərlik edəcək", - deyə nazirlik qeyd edib.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" 2020-ci il dekabrın 31-dən etibarən Azərbaycan qazının Avropaya nəqlinə başlayıb. Layihənin dəyhəri 45 milyard dollar proqnozlaşdırılsa da, 33 milyard dollar təşkil edib.

2015-ci ildən etibarən hər il fevral ayında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclası keçirilir.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN