SOCAR Gürcüstanda gələn il 3000-dən çox günəş paneli quraşdırmağı planlaşdırır

SOCAR Gürcüstanda gələn il 3000-dən çox günəş paneli quraşdırmağı planlaşdırır

8 dekabr 2021 0000

SOCAR-ın Gürcüstandakı yanacaqdoldurma məntəqələrində günəş panelləri quraşdırılır.

SOCAR-dan Trend-ə verilən məlumata görə, artıq iki YDM-də günəş enerjisindən istifadə üçün 214 panel quraşdırılıb.

Günəş panelləri vasitəsilə ildə təxminən 85 000 kVt/s enerji istehsal olunur.

Günəş panellərindən alınan bu enerji ilə yanacaqdoldurma stansiyasının enerji tələbatının bir hissəsini ödəmək mümkündür. SOCAR qonşu ölkə ərazisində fəaliyyət göstərən YDM-lərdə 2022-ci ildə 3000-dən çox günəş paneli quraşdırmağı planlaşdırır.

Qeyd edək ki, SOCAR Gürcüstanın neft-qaz sektorunda belə bir layihəyə start verən ilk şirkətdir.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN