TAP-ın buraxılış gücünü iki dəfə artırmaq lazımdır - İtaliyanın baş naziri

TAP-ın buraxılış gücünü iki dəfə artırmaq lazımdır - İtaliyanın baş naziri

1 mart 2022 0000

İtaliya təkrar qazlaşdırma gücünün artırılması və Trans-Adriatik boru kəmərinin (TAP) buraxılış gücünün iki dəfə artırılması imkanları barədə düşünməlidir.

Trend-in məlumatına görə, bunu İtaliyanın baş naziri Mario Dragi Senatda çıxışı zamanı deyib.

"Enerji təchizatı mənbələrinin şaxələndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu, yaxın gələcəkdə Rusiya qazının təchizatı ilə nə baş verəcəyindən asılı olmayaraq, əldə edəcəyimiz hədəf olmalıdır. Biz ilk növbədə bərpa olunan enerji mənbələrinin istehsalının artırılmasına çalışmalıyıq. Biz həm də yerüstü və dəniz layihələri üçün prosedurları sadələşdirməyə, biometan istehsalına investisiya qoymağa çalışmalıyıq. Qaz faydalı keçid yanacağı olaraq qalmaqdadır. Biz təkrar qazlaşdırma gücünün artırılması və Trans-Adriatik boru kəmərinin buraxılış gücünün iki dəfə artırılması imkanları barədə düşünməliyik", - deyə baş nazir bildirib.

Qeyd edək ki, Trans-Adriatik boru kəməri ilə Azərbaycan qazının Avropaya nəqli 2020-ci il dekabrın 31-dən etibarən başlayıb. İtaliyaya 6,8 milyard, Yunanıstan və Bolqarıstana 1,2 milyard kubmetr qaz nəql olunub.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN