“Yaşıl” enerjinin inkişafına böyük maraq

“Yaşıl” enerjinin inkişafına böyük maraq

2 i̇yun 2023 0000
Səbinə Nağıyeva, Halliburton şirkətinin maliyyə direktoru

İlk növbədə qeyd etmək istəyirəm ki, Halliburton artıq bir neçə ildir ki, Azərbaycan bazarında fəaliyyət göstərir. Üstəlik, qeyd etmək yerinə düşər ki, biz vaxtaşırı “Xəzər Neft və Qaz” sərgisinə sponsorluq dəstəyi göstəririk. Bu, bizim belə mühüm enerji layihəsi ilə davamlı əlaqələrimizi vurğulayır.

Şirkətimiz sənaye qazma prosesinin bütün mərhələləri üzrə xidmətlərini təqdim edir. Əksər ixtisaslaşmış şirkətlər kimi, biz də hazırda “yaşıl” enerjinin inkişafına diqqət yetiririk. Forum bu məsələ ilə bağlı daha təfərrüatlı və dəqiq məlumat və hansı istiqamətə baxmalı olduğumuz barədə dəqiq təsəvvür əldə etməyə imkan verir. Mən ilk dəfədir ki, bu forumda iştirak edirəm, lakin həqiqətən də uğurlu olacağına ümid edirəm. Gözləntilərə gəldikdə isə, əlbəttə ki, biz də burada iştirak edən bütün şirkət nümayəndələri kimi, yeni tanışlıqlar əldə etməyə, biznesimizi genişləndirməyə və şəxsi əlaqələri yaxşılaşdırmağa ümid edirik.

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN