Con M. Roberts, “Trans Caspian US Resources” MMC-nin Məsləhət Şurasının üzvü
Təşkilat nöqteyi-nəzərdən bu sərgi həmişə olduğu kimi təsir edicidir və bu səviyyədə olan tədbirlərdə iştirak edən şirkətlərin rəhbər heyəti və rəsmi şəxslərlə birbaşa görüşmək və onlarla müqavilələr bağlamaq üçün əla imkan yaradır.
Nazirlərin iclasında iştirak etmək mənim üçün real hadisədir, çünki biz burada bir çox ölkələrin alternativ enerji mənbələrini inkişaf etdirmək niyyətini və həqiqi istəyini aydın şəkildə görürük. Bundan əlavə, Xəzər regionu da daxil olmaqla enerji təhlükəsizliyinin və təbii qaz kimi ənənəvi yanacağın aşağı qiymətlərinin təmin edilməsi məsələsi aktualdır. Eyni zamanda, biz uzunmüddətli perspektivdə bərpa olunan enerji mənbələrindən səmərəli istifadə problemini də nəzərdən keçirməliyik.