Azərbaycanda böyük müsbət dəyişikliklər baş verir

Azərbaycanda böyük müsbət dəyişikliklər baş verir

3 i̇yun 2022 0000

Maykl Hilmer “Almaniyanın Uniper Global Commodities SE”-nin təchizat üzrə vitse-prezidenti

Şirkətimiz Bakı Enerji Həftəsi ilə bağlı gözəl təəssüratlara malikdir, çünki bir çox iş adamları pandemiya səbəbindən uzun fasilədən sonra görüşlər keçirə bildilər.

Biz Bakıda keçirilən sərgi və enerji forumunun təşkilindən razıyıq.

Şirkət bu tədbirlərdə iştirak çərçivəsində çoxlu maraqlı məlumatlar əldə edib.

Biz Azərbaycanda baş verən böyük müsbət dəyişiklikləri qeyd edirik.

Azərbaycan karbohidrogen layihələrinin həyata keçirilməsi ilə yanaşı, yeni qlobal iqlim reallıqlarına cavab verən bərpa olunan enerji mənbələrinin (RES) inkişafı ilə də məşğuldur.

Əlavə qaza ehtiyacı olan Avropanın enerji təchizatının təhlükəsizliyində Azərbaycanın da rolu önəmlidir.

SOCAR-ın iştirakı ilə yeni infrastruktur layihələri həyata keçirir.

2014-cü ildən “Uniper” yeni texnoloji inkişaflar üzrə Azərbaycan tərəfi ilə əməkdaşlıq edir.

Azərbaycan şirkətinin Sumqayıtdakı (Azərkimya) zavodlarında SOCAR ilə əməkdaşlıq davam etdirilir və bu yay onlar müasir standartlara uyğunlaşdırılması tamamlanacaq.


FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN