Bakı Enerji Forumunda qlobal enerji perspektivləri araşdırılıb və müzakirə edilib

Bakı Enerji Forumunda qlobal enerji perspektivləri araşdırılıb və müzakirə edilib

6 i̇yun 2022 0000

 


İyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən və dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndənin iştirak etdiyi Bakı Enerji Forumu öz işini başa çatdırıb. Tədbir qlobal enerji perspektivləri, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi, qaz təchizatı məsələləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi və bir sıra digər aktual məsələlərə həsr olunub. Forumun təşkilatçıları “Iteca Caspian” şirkəti və onun beynəlxalq tərəfdaşlarıdır.


İyunun 2-3-də Bakı Konqres Mərkəzində baş tutan forumda əllidən çox məruzəçi çıxış edib. Forumu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov açıq elan edib. O, həm ölkənin ənənəvi neft-qaz sənayesinə, həm də yaşıl enerjiyə keçidlə bağlı məsələlərə toxunub. Plenar sessiya keçid dövründəki enerjiyə: dəyişən dünyada yeni imkanlar və çağırışlara həsr olunub.

 

Forumun məruzəçiləri arasında Azərbaycan Respublikası, Bolqarıstan, Rumıniyanın Energetika nazirləri; Moldova və Serbiyanın Baş Nazirlərinin müavinləri; Türkiyənin Energetika nazirinin müavini, Energetika Resursları Bürosunun (ABŞ), Avropa İqtisadi Komissiyasının (ECE) nümayəndələri; Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) baş katibi; “SOCAR”, “bp”, “TPAO”, “Equinor”, “Uniper”, “Tenaris”, “TotalEnergies”, “Masdar”, “ACWA Power” və enerji sektorunun bir sıra ən əsas şirkətlərinin rəhbərləri yer alır.

Nümayəndələr dünya enerji sektorunun inkişafı, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının həyata keçirilməsi, layihələr və beynəlxalq əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Dünya Bankının təşəbbüsü ilə Forum çərçivəsində “Azərbaycanda dəniz külək enerjisi üzrə yol xəritəsi” sessiyası keçirilib. Həmçinin “bp” şirkəti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında Ali Bərpa Olunan Enerji Proqramının həyata keçirilməsinə dair Sazişin imzalanması baş tutub.

Forum çərçivəsində B2B formatında ikitərəfli işgüzar görüşlər keçirilib, bu görüşlərdə enerji sənayesinin aparıcı nümayəndələri arasında görüşlər, yeni səmərəli və qarşılıqlı faydalı əlaqələr və əməkdaşlığın genişləndirilməsi, perspektivli sazişlərin imzalanması nəzərdə tutulub.

Tədbirin təntənəli yekunu işğaldan azad edilmiş Qarabağ torpaqlarında olub. İyunun 4-də Şuşada Bakı Enerji Forumunun iştirakçıları ilə görüş keçirilib.


FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN