Bolat Akçulakov, Qazaxıstan Respublikasının Energetika naziri
Biz Azərbaycan rəhbərliyinin Bakı Enerji Həftəsi kimi bir tədbiri belə yüksək səviyyədə təşkil etdiyinə görə çox şadıq!
Çoxumuz sərginin açılışında tanış olduq və hamımızın sənaye ilə bağlı çoxlu sualları var idi. Forum əla bir imkan yaratdı və beynəlxalq dialoq üçün səmərəli platforma çevrildi. Şübhəsiz ki, bu əla, layiqli və çoxdan gözlənilən bir tədbirdir!
Forum çərçivəsində biz müxtəlif ölkələrdən olan həmkarlarımızla görüşür və qlobal enerji sektorunda mövcud vəziyyəti müzakirə edirik. Bizim hasilatın əhəmiyyətli hissəsini ixrac etdiyimizi nəzərə alsaq, bu baxımdan Qazaxıstan ilk növbədə enerji resurslarımızın ixracı məsələsində maraqlıdır. Biz, həmçinin, bu məsələlərdə sabitlik axtarışındayıq. Bu, çox vacibdir, ona görə də biz həmkarlarla görüşə və bizi maraqlandıran məsələləri müzakirə edə bildik. Belə deyək, “saatları eyniləşdirdik”.
Təbii ki, Qazaxıstanda pandemiya səbəbindən təxirə salınan təkmilləşdirmək istədiyimiz çoxlu layihələr var. İndi, nəhayət, hər şey normala qayıdır, biz işə başlaya, investorlarla, gələcək tərəfdaşlarla görüşə bilərik. Burada biz bunu edə bildik. Ona görə də bizim üçün forum müsbət şəkildə keçirilir.