İran və Azərbaycan “Şahdəniz” qaz yatağının birgə işlənməsini həyata keçirəcək.
“Report” xəbər verir ki, bunu İranın neft naziri Cavad Övci deyib.
Cavad Övcinin sözlərinə görə, “Şahdəniz” layihəsində İran-Azərbaycan tərəfdaşlığı Xəzərin neft-qaz yataqlarında birgə işlərin müəyyənləşdirilməsi üçün yaxşı təcrübədir.
O, qeyd edib ki, bütün dövlətlərlə, xüsusən də qonşu ölkələrlə əlaqələrin inkişaf etdirilməsi İran Prezidenti İbrahim Rəisi administrasiyasının əsas xarici siyasətidir.
İranın neft naziri əlavə edib ki, Prezident Rəisi qonşu dövlətlərlə, o cümlədən Azərbaycan Respublikası ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir, bu, 13-cü hökumətin əsas və prinsipial siyasətidir.