25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz konfransı

25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz konfransı

24 may 2018 0000

30-31 may tarixlərində “Fairmont Baku” mehmanxanasında Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” konfransı keçiriləcək. Bu il Xəzər regionunda enerji məsələləri üzrə ən böyük konfrans öz 25 illik yubileyini qeyd edir. Bütün bu illər ərzində “Caspian Oil & Gas” konfransı neft-qaz sektorunun ən vacib mövzularının müzakirə edildiyi platforma olub. Artıq dörddə bir əsrdir ki, bu konfrans onu mühüm tədbir hesab edən yüksək səviyyəli rəhbərləri hər il bir araya toplayır. “Caspian Oil & Gas” layihəsinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən mühüm dəstək göstərilir.

Bu il konfransda aparıcı şirkətlərin 500-dən çox şirkət rəhbərləri, sənaye nazirliklərinin nümayəndələri, beynəlxalq və yerli ekspertlər var.

Konfransın fərqləndirici xüsusiyyətləri ən yüksək səviyyəli texniki məruzələr, qızğın müzakirələr və əlverişli informasiya mühitidir. Konfransda “Dayaniqli gələcəyin inkişafi üçün əsas faktorlar: kooperasiya və innovativlik”, “Son 25 ildə Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən neft-qaz əməliyyatlari: keçmişi, bu günü və gələcəyi. Azərbaycan neft və qaz sənayesi üçün yeni impuls”, “Son 25 ildə Xəzər dənizinin Azərbaycan sektorunda yatirilan investisiyalar, ixrac üçün imkan və potensial”, “Səmərəli fəaliyyət. Yerli geoloji kəşfiyyatin inkişafi”, “Səmərəli fəaliyyət. Neft yatağinin işlənməsində texnoloji irəliləyişlər”, “Xəzər neft qaz sərgi və konfransin Azərbaycan neft sənayesinə və elmə 25 il ərzində verdiyi tövhələri”, “Xəzər layihələrində yeni fürsətlər”, “Ekoloji və sənaye təhlükəsizliyi sahəsində qabaqcil texnologiyalar. Konkret faktlarin təhlili”, “Neft emali və neft-kimya sənayesinin perspektivləri. Cari vəziyyət və gələcək perspektivlər”, “İnsan resurslari və rəqəmsal transformasiyalar. Praktiki təhlil” adlı mövzuları müzakirə olunacaq. Konfransın işgüzar proqramına ilk gündən həm sərgidə, həm də konfransda fəal iştirak etmiş Azərbaycan Respublikasının mərhum energetika naziri Natiq Əliyevin xatirəsinə həsr olunmuş film də daxil edilib.

Konfransda 49-dan artıq spiker öz məruzələri ilə çıxış edəcək. Azərbaycan Respublikasının Energetika Naziri cənab Pərviz Şahbazovun, Neft ixrac edən ölkələr forumunun (OPEC) baş katibi cənab Məhəmməd Barkindonun, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) baş katibi cənab Yury Sentyurinin, SOCAR-ın prezidentinin cənab Rövnəq Abdullayevin, BP Azərbaycan – Gürcüstan – Türkiyə üzrə regional prezidentinin cənab Hari Consunun, Büdcə və İnsan Resursları üzrə Komisyonerinin, Avropa Komissiyası cənab Qünter H. Otinqerin və s. çıxışları konfransın proqramına daxildir.

Tədbirin statusunu həm də konfrans sponsorlarının tərkibi təsdiqləyir. Ənənəvi olaraq, uzun illərdir ki, konfransın baş sponsoru qismində SOCAR çıxış edir. Konfransın Qızıl Sponsorlar qismində BP, Petronas, Equinor, Gümüş Sponsorlar - INPEX, Mcdermot, Bürünc Sponsorlar – Turkiye Petrolleri, Dentons, DOW, EGS, EY, Kaspersky, Lamor, Nobel Upstream SAP CIS, SOCAR AQS, STP, TAP, Tenaris, Total çıxış edirlər. Konfransın baş media tərəfdaşı qismində isə “Caspian Energy International Media Group” şirkəti çıxış edir.

Bu il konfransda çəkiliş studiyasının da daxil olduğu media-mərkəz yaradılacaq. Media-mərkəzin iş cədvəli olduqca dolğundur, belə ki, birbaşa konfrans əsnasında sənaye liderləri və dünyanın müxtəlif ölkələrini təmsil edən nəhəng şirkətlərin rəhbərlərindən müsahibələr götürüləcək.

Beləliklə, konfrans ənənəvi olaraq podratçılara sifarişçilər və həmkarlarla ünsiyyət saxlamaq, texnologiya və xidmətləri iş prosesində nümayiş etdirmək və faydalı işgüzar əlaqələr yaratmaq imkanını, habelə yeni informasiya və texnologiyalar axınını təmin etməklə yanaşı, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirəcəkdir. Konfrans barədə ətraflı məlumatı www.bakuenergyforum.az saytından əldə edə bilərsiniz.

 


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN