27-ci Beynəlxalq Xəzər Neft və Qaz Konfransı “Boulevard Hotel Baku”-da keçiriləcək

27-ci Beynəlxalq Xəzər Neft və Qaz Konfransı “Boulevard Hotel Baku”-da keçiriləcək

17 mart 2020 0000

3-4 iyun tarixlərində “Boulevard Hotel Baku”-da 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Konfransı keçiriləcək. Konfrans Xəzər Neft və Qaz sərgisinin tərkib hissəsidir və  neft-qaz sektorunun rəhbərləri ilə yanaşı, bu sektor ilə əlaqədar olan müxtəlif sahələrin rəhbərləri üçün də əsas platformadır.

Builki konfrans dünyanın 30-dan çox ölkəsini təmsil edən 500-dən artıq deleqatı bir araya gətirərək netvorkinq imkanı yaradır.

Xəzər Neft və Qaz Konfransının plenar sessiyasının mövzusu “Neft-qaz sənayesi keçid dövründə:qlobal və struktur dəyişikliklərin fonunda yeni inkişaf məqamlari”dır. Ümumilikdə konfrans çərçivəsində sənayenin ən aktual mövzuları barədə 40-dan artıq məruzə səslənəcək. Konfransın baş tərəfdaşı qismində SOCAR şirkəti çıxış edir.

Tədbirin sponsor heyəti də sərginin yüksək statusunu əks etdirir.Konfransın qızıl sponsoru BP şirkətidir. INPEX Corporation, Tenaris Connections, Total E&P Absheron, Equinor Azerbaijan, Petronas Azerbaijan, Nobel Upstream şirkətləri həmçinin konfransın sponsorları sırasında yer alırlar.

Konfransın rəsmi dəstəyini Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) təmin edir.

Neft və Qaz Konfransı beynəlxalq neft-qaz şirkətlərinin rəhbər və mütəxəssislərinin gələcək əməkdaşlıq və inkişaf yollarını müzakirə etmək üçün bir araya gəldikləri aparıcı regional platformadır.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN