Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir - “Caspian Oil&Gas 2017” konfransı 1-2 iyun tarixlərində keçiriləcək

Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir - “Caspian Oil&Gas 2017” konfransı 1-2 iyun tarixlərində keçiriləcək

1 may 2017 0000

1-2 iyun tarixlərində “JW Marriott Absheron Baku” otelində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir - 24-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil&Gas 2017” konfransı keçiriləcək. Regionda neft-qaz sənayesinin əsas tədbiri olan konfrans, hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədi ilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir.

“Caspian Oil&Gas” layihəsinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən mühüm dəstək göstərilir.

Konfransda Azərbaycanin dünya enerji bazarinda rolu, aparici layihələrin cari vəziyyəti  və gələcək perspektivləri, yataqlarin işlənməsi üzrə səmərə və optimalliğın artirilmasi, köhnə yataqların neft vermə əmsalinin  artirilmasi üçün  qabaqcil texnologiyalarin istifadəsi, təchizat əməliyyatlarının ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanda geolojı kəşfiyyat işlərinə baxış. Konfransda dünyanın 30-dan çox ölkəsindən 400 nəfərə yaxın nümayəndənin iştirakı gözlənilir.

Bu il daimi iştirakçı və tərəfdaş olan BP şirkəti Azərbaycanda 25 illik fəaliyyətini qeyd edir.  Bu yubiley tədbirə “ BP – 25 il ərzində Azərbaycanın uzunmüddətli tərəfdaşı” adlı konfransının bir sessiyası həsr olunacaq.

Tədbirin statusunu həm də konfrans sponsorlarının tərkibi təsdiqləyir, belə ki, sərginin baş sponsoru qismində ARDNŞ çıxış edir. Konfransın Qızıl Sponsorlar qismində BP, Petronas, Gümüş Sponsorlar -  INPEX, McDermott, Statoil, Reflex Marine, Schlumberger, Bürünc Sponsorlar – Caspian Geophysical, Microsoft, Siemens, Dentons, Fluor, Nobel Upstream, TAP, Total, Zenith Energy, Yokogawa və digərlər çıxış edirlər. Konfransın baş media tərəfdaşı qismində isə “Caspian Energy International Media Group” şirkəti çıxış edir.

Beləliklə, konfrans ənənəvi olaraq podratçılara sifarişçilər və həmkarlarla ünsiyyət saxlamaq, texnologiya və xidmətləri iş prosesində nümayiş etdirmək və faydalı işgüzar əlaqələr yaratmaq imkanını, habelə yeni informasiya və texnologiyalar axınını təmin etməklə yanaşı, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirəcəkdir. Konfransın təşkilatçıları qismində “ITE Group” və onun tərəfdaşı “Iteca Caspian” şirkətləri çıxış edirlər.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN